Azərbaycanın rus icması Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın rus icması Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı bəyanat yayıb

17:26 - 04 / 04 / 2017
Azərbaycanın rus icması Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı bəyanat yayıb

“Azərbaycanın Rus icması Rusiyanın müəyyən dövlət strukturlarının Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvinə dair qərarı ilə əlaqədar qəti etirazını bildirir və hesab edir ki, bu siyasi təxribatın arxasında Rusiya və Azərbaycan, rus və Azərbaycan xalqları arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinə nifaq salmaq istəyən müəyyən qüvvələr dayanır. Ümumrusiya Azərbaycan Konqresi həmişə Rusiya Federasiyası qanunları çərçivəsində fəaliyyət göstərib. İctimai-siyasi sabitlik, Rusiyanın siyasi quruluşuna loyallıq həmişə ÜAK-ın fəaliyyətinin dəyişməz prioriteti olub”.

Azərbaycanın Rus icmasının Respublika Şurasından verilən məlumata görə, bu barədə Azərbaycanın Rus icmasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın Rus icmasını güclü işgüzar əlaqələri olan, rus və Azərbaycan xalqları arasında mədəni və mənəvi bağların inkişafı üzrə birgə fəaliyyət göstərən ÜAK-ın ləğvi Azərbaycan Respublikasının rus əhalisini də narahat etməyə bilməz: “Azərbaycanın Rus icması” ictimai təşkilatı öz fəaliyyətində Azərbaycanın ali rəhbərliyinin, hökumət və dövlət orqanlarının yüksək diqqətini və dəstəyini hiss edir. Azərbaycanda rus dili və rus mədəniyyətinin qorunması və inkişafına hərtərəfli dəstək verilir, tədris rus dilində olan 350 məktəb fəaliyyət göstərir, 16 min tələbənin təhsil aldığı ali təhsil ocaqlarında tədris rus dilində aparılan fakültələr mövcuddur, rus pravoslav kilsəsinə dövlət dəstəyi göstərilir.

Azərbaycan tərəfindən “Azərbaycanın Rus icması” ictimai təşkilatının fəaliyyətinə verilən fəal dəstək fonunda Rusiya dövlət strukturlarının nüfuzlu və çoxsaylı Azərbaycan diasporuna və onun ən böyük təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinə hörmətsiz, xoşməramlı olmayan münasibəti təəccüblü görünür. Azərbaycanın rus icması ÜAK-ın ləğvini Rusiyanın bəzi dövlət məmurlarının ciddi siyasi və strateji səhvi hesab edir və ümid edir ki, Rusiya Federasiyası hökuməti Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin qorunub-saxlanılması üçün bütün tədbirlər görəcək”.

Trend

Paylaş:
921

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər