Fransa ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib | 1news.az | Xəbərlər
Siyasət

Fransa ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib

17:44 - 04 / 04 / 2017
Fransa ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov TV5Monde kanalına müsahibəsində ölkəmizlə bağlı həqiqətlərə dair sualları cavablandırıb.

Kanalın “64 dəqiqə” verilişinin qonağı olan səfir əvvəlcə aparıcının ötən gün Sankt-Peterburq metrosunda törədilmiş terror aktı ilə bağlı fikirlərini soruşub.

Səfir Sankt-Peterburqda törədilmiş terror aktının hamını şoka saldığını bildirərək Rusiya hökumətinə, xalqına və həlak olanların yaxınlarına başsağlığı verib. O, Azərbaycanın da terrordan əziyyət çəkən ölkə olduğunu diqqətə çatdırıb. Diplomat deyib ki, terrorizm nə sərhəd, nə də etnik və ya dini fərq tanıyan bir cinayətdir. Bütün sivil ölkələr bu fenomenə qarşı son vaxtlar səfərbər olub. Azərbaycan da terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyasının üzvdür. Azərbaycan sülhməramlıları Əfqanıstanda, İraqda və digər ölkələrdə sülhyaratma əməliyyatlarında iştirak ediblər. Azərbaycan koalisiyaya üzv ölkələrlə, eləcə də Fransa ilə beynəlxalq müstəvidə terror aktlarının qarşısının alınması sahəsində əməkdaşlığı davam etdirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ötən ilin aprel hadisələri ilə bağlı suala cavabında səfir əvvəlcə münaqişənin tarixi barədə ətraflı məlumat verib. O deyib ki, bu münaqişəyə bəzən “dondurulmuş”, “unudulmuş” kimi adların verilməsi düzgün deyil. Bir il bundan əvvəl baş vermiş hadisələr bir daha göstərdi ki, vəziyyət nə dərəcədə kövrək və təhlükəlidir. Bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranıb. Ermənistanın hərbi təcavüz etdiyi və etnik təmizləmə apardığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon artıq 25 ildir işğal altındadır. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir və BMT, Avropa Şurası tərəfindən dəfələrlə pislənilib. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 1993-cü ildə dörd qətnamə qəbul edib. Bu qətnamələr erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edir. Təəssüf ki, Ermənistan indiki status-kvonu saxlamaq seçimi edib. Yəni, Ermənistan vəziyyəti dəyişmək üçün heç bir siyasi iradə göstərmir. Fikirləşir ki, status-kvonu saxlamaqla vaxt qazana və bu münaqişədə qalib gələ bilər. Bu, yanlış fikirdir. Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdiyi təxribat nəticəsində keçən ilin aprel ayında onlarla insanın həyatına son qoyan hərbi əməliyyatların kəskinləşməsi göstərdi ki, siyasi iradənin olmaması ucbatından vəziyyət nə dərəcədə kövrək və təhlükəlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ay Fransaya səfərinin nəticələri barədə suala cavab verən diplomat dövlətimizin başçısının Prezident Fransua Ollandla danışıqlarının Fransanın nə dərəcədə sülh prosesinə cəlb olunduğunu göstərdiyini söyləyib. O deyib ki, Fransa Amerika Birləşmiş Ştatları və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Həmsədrliyi çərçivəsində Fransa 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü - Paris sammitini təşkil edib. Maraqlı və ümidverici danışıqlar oldu, ancaq təəssüflər olsun ki, bu görüşdən bir həftə sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başladı. Bu isə sülh prosesinə ciddi zərbə idi. Keçən ilin aprel ayında Azərbaycan təxribatlara cavab verdi və işğal altındakı bəzi ərazilərini azad etdi. Həmin vaxtdan bəri Ermənistan Azərbaycanla birbaşa görüşlərdən imtina edir. Azərbaycan üçün bu münaqişənin nəticələri çox ağırdır. Çünki əhalimizin bir milyonu bu gün qaçqın və ya məcburi köçkündür. Bu, Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasətinin nəticəsidir.

Aparıcının Azərbaycan ilə Fransa arasındakı iqtisadi əməkdaşlıq, Azərbaycanın neft ölkəsi olması və bu gün yaşanan neft böhranı fonunda ölkəmizin bu böhrana necə adaptasiya etməsi barədə sualına cavabında səfir deyib ki, Fransa Azərbaycan üçün əsas tərəfdaş ölkə olaraq qalır. Bu il Fransa –Azərbaycan diplomatik əlaqələrinin yaranmasının 25 illiyi qeyd olunur. Fransa Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ikinci ölkədir. Azərbaycan Fransa üçün iqtisadi və ticari mübadilələr baxımından da əsas ölkədir. Müstəqilliyimizi bərpa edəndən sonra Fransa iqtisadiyyatımıza 2,4 milyard dollar sərmayə yatırıb. Doğrudur, əvvəllər bu yatırımlar yalnız neft-qaz sahəsində olurdu, ancaq bu gün 50-yə qədər fransız şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərir.

Azərbaycanın gəlirləri neftin qiymətindən çox asılı olduğu üçün neftin qiymətinin aşağı düşməsi bizə də təsir göstərib. Amma artıq bir neçə ildir ki, ölkəmizdə iqtisadiyyatın diversifikasiyası siyasəti aparılır. Kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, kosmik layihələr kimi qeyri-enerji sahələrinə sərmayələr yatırılıb. Görülən bu tədbirlər nəticəsində ölkənin neft gəlirlərindən asılılığı azalıb. Bununla belə, Xəzər dənizi karbohidrogenlərinin Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına çatdırılması sahəsində Azərbaycan yenə də Avropa İttifaqının strateji tərəfdaşı olaraq qalır.

Müsahibə zamanı E.Əmirbəyov ölkəmizdəki ictimai-siyasi vəziyyət, həyata keçirilən demokratik islahatlar barədə də danışıb. O deyib ki, görülən işlər barədə daha yaxşı məlumat əldə etmək üçün Azərbaycana səfər etmək lazımdır.

Azərbaycan hələ 1918- 1920-ci illərdə Şərqdə ilk parlamentli demokratik respublika olub. Həmin vaxt Azərbaycan hətta Fransadan da çox əvvəl qadınlara səsvermə hüququ verib, müstəqilliyin bərpasından sonra ölkədə ölüm hökmü ləğv edilib. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olub. Cəmiyyətin demokratikləşməsi və liberallaşması məqsədilə ölkədə bir çox vacib siyasi islahatlar həyata keçirilib. Ancaq onu da nəzərə almaq lazımdır ki, 25 il tarix baxımından heç də böyük zaman deyil və biz bu istiqamətdə səylərimizi davam etdiririk.

Səfir, həmçinin vurğulayıb ki, Azərbaycan dini tolerantlıq və mədəniyyətlərarası dialoq baxımından bir çox ölkələrə nümunədir.

AZƏRTAC

Paylaş:
478

Son xəbərlər

Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41
Bütün xəbərlər