Elman Nəsirov: Parlament seçkilərinin saxtalaşdırılması Ermənistanı daha böyük uçuruma aparır | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: Parlament seçkilərinin saxtalaşdırılması Ermənistanı daha böyük uçuruma aparır

18:15 - 04 / 04 / 2017
Elman Nəsirov: Parlament seçkilərinin saxtalaşdırılması Ermənistanı daha böyük uçuruma aparır

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri gözlənilməz olmadı. Bu nəticələr proqnozlaşdırılan idi. Ən azı o səbəbdən ki, 2008-ci ildə Serj Sarkisyan da hakimiyyətə məhz total saxtakarlıq yolu ilə gəlmişdi və seçicilər buna etiraz edəndə o, öz xalqını gülləbaran etmişdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirib.

Elman Nəsirov qeyd edib ki, Sarkisyanın rəhbərliyi altında keçirilən parlament seçkiləri də belə qeyri-demokratik, qeyri-şəffaf olmalı idi. Əslində Ermənistanda xunta rejiminin keçirdiyi seçkilərin demokratik, obyektiv, şəffaf keçməsi möcüzə olardı. Bunun ən böyük zərbəsini elə erməni xalqına, Ermənistan dövlətçiliyinə dəyəcək. Bu seçkilərin nəticələri bir daha göstərdi ki, Ermənistan daha da böyük uçuruma gedir.

Milli Məclisin deputatı bildirib ki, bu rejim Ermənistanı bərbad vəziyyətə salıb. Ermənistanda iqtisadiyyat iflic vəziyyətinə düşüb. Ölkədə miqrasiya problemi dəhşətli hal alıb və insanlar artıq Ermənistandan qaçmağa başlayıblar. Ermənistan ziyalıları buna “ağ genosid” deyirlər. Ermənistan təcrid vəziyyətinə düşüb və bu, növbəti illərdə daha da dərinləşəcək. Ermənistan xalqının üzləşdiyi fəlakət heç zaman bu qədər dəhşətli olmayıb və bu vəziyyət bundan sonra da davam edəcək.

Elman Nəsirov deyib ki, Ermənistanın gələcəyini düşünən, bu ölkənin işğalçılıq siyasətindən imtina etməsinin ilk növbədə Ermənistanın mənafeyinə xidmət etdiyini söyləyən yeni düşüncəli siyasi qüvvələr seçkilərdə məğlub statusuna endirildilər. Onların içərisində azad demokratları xüsusilə qeyd etmək olar. Onlar birmənalı şəkildə söyləyirdilər ki, Ermənistanın gələcəyi işğala son qoyulmasından asılıdır. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blok da seçki prosesində məğlub statusuna endirildi.

Levon Ter-Petrosyan xüsusilə son günlər deyirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın nicatıdır. Ermənistan prezidenti işğal altında olan Azərbaycan ərazilərini geri qaytarmalıdır. Əgər bu addımı atmasa, beynəlxalq sanksiyalarla onu buna məcbur edəcəklər. Reallıq bundan ibarətdir. Lakin bu siyasi qüvvələr kənar vəziyyətdə saxlanıldılar.

Milli Məclisin deputatı deyib: “Hadisələrin gedişi onu göstərir ki, Ermənistanda sistemli böhran yeni mərhələyə daxil olacaq. Ermənistan cəmiyyətində, dövlətində siyasi kataklizmlər, hakimiyyət-vətəndaş qarşıdurması daha da güclənəcək. Ermənistanın sürətlə zəifləməsi prosesi daha da intensiv xarakter alacaq. Bu gün Ermənistan ziyalıları açıq şəkildə qeyd edirlər ki, Ermənistanın bu mübarizədə məğlubiyyəti üç səbəbdən labüddür.

Birincisi, Ermənistanda hakimiyyətin və xalqın heç bir siyasi iradəsi yoxdur, Azərbaycanda isə bu, var. İkincisi, Ermənistanda Azərbaycandan fərqli olaraq səfərbər olmuş cəmiyyət yoxdur. Üçüncüsü, Ermənistanda hakimiyyət-xalq birliyi yoxdur, onlar bir-birinə düşmən gözü ilə baxırlar. Hakimiyyətin heç bir sosial bazası yoxdur. Azərbaycanda isə hakimiyyət və xalq birliyi möhkəmdir, xalq öz Prezidentini, Ali Baş Komandanını dəstəkləyir. Hakimiyyət də yalnız xalqın mənafeyindən irəli gələn siyasəti həyata keçirir. Bizi güclü edən, düşməni daha da zəiflədən ən mühüm amillər bunlardır. Erməni ziyalıları da artıq bunu açıq şəkildə etiraf etməyə başlayıblar”.

AZƏRTAC

Paylaş:
588

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər