Ölkə kubokunun cavab oyunları üçün hakim təyinatları açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Ölkə kubokunun cavab oyunları üçün hakim təyinatları açıqlanıb

21:35 - 04 / 04 / 2017
Ölkə kubokunun cavab oyunları üçün hakim təyinatları açıqlanıb

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatlar müəyyənləşib.

1news.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, oyunları aşağıdakı hakimlər briqadası idarə edəcək.

5 aprel (çərşənbə)

16:30. “Qəbələ” – “İnter”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu

 

19:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Xaqani Məmmədov

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, hər iki görüş CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

1news.az

Paylaş:
630

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər