Bakının 3 ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Paytaxtın 3 ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
1news.az-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Bununla əlaqədar olaraq aprelin 4-də saat 11:00-dan axşam saatlarınadək Səbail rayonu, Bayıl dairəsi–Bibiheybət yolu, həmçinin Heydər Əliyev prospektinin Böyük Şor və Sabunçu yol qovşaqlarında avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən və ya tam məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.
1news.az