Bakıda iki lüks avtomobil toqquşub - FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb.
Qəza "10-TR-031" dövlət qeydiyyat nişanlı "Jeep" markalı avtomobil ilə "10-RE-999" nömrəli "Mercedes Gelenvagen"in toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb, maşınlara ciddi ziyan dəyib. Yol kənarındakı işıqfor aşaraq yola düşüb.
1news.az
879