Bakıda itkin düşən uşaq tapıldı - YENİLƏNİB
İtkin düşən uşaq bütün günü internet klubda olub. Dünən axşam dostugildə qalıb.
1news.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Lent.az-a 11 yaşlı Ağamir Nəcəfinin anası Elnarə Məmmədova məlumat verib.
Hazırda uşaq atası ilə birgə polisdə dindirilir.
12:14
Bakıda 11 yaşlı uşaq dünən evdən çıxıb və geri qayıtmayıb.
1news.az lent.az-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu Yanvar Nəsirov küçəsi, ev 4 ünvanında yaşayan 11 yaşlı Nəcəfi Ağamir dünən evdən çıxıb və bir daha geri qayıtmayıb.
Əynində göy cins şalvar, göy kurtka və krossovka var.
Uşağı görənlərdən (050) 222 19 24 nömrəli telefona zəng vurmaları xahiş olunur.
İtkin düşən 11 yaşlı Nəcəfi Ağamirin anası Elnarə Məmmədova lent.az-a bildirib ki, oğlu V sinifdə oxuyurdu və sinifdə əlaçı şagirdlərdən biri olub:
“Dəcəlliyi filan yox idi. Axırıncı dəfə evdə onu danladıq, bəlkə də küsüb gedib. Gedə biləcəyi hər yeri axtarmışıq, amma heç yerdə tapa bilmirik. Hüquq-mühafizə orqanlarına da müraciət etmişik. Dünən günorta 14:00 radələrindən evdən çıxıb, bir də gəlməyib”.
Oğurlanma ehtimalına toxunan ana deyib ki, heç kimlə problemləri olmayıb.
1news.az