Külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

15:15 - 05 / 04 / 2017
Külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Gömrük əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 21063” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ayaqaltılarının altından gömrük nəzarətindən gizlədilən 8200 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər