Martda BTC kəməri ilə 2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Martda BTC kəməri ilə 2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub

19:08 - 05 / 04 / 2017
Martda BTC kəməri ilə 2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub

Bu ilin mart ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 79 min 910 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-dan 1news.az-a verilən məlumata görə, cari ilin yanvar-mart aylarında bu kəmərlə 6 milyon 481 min 809 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il aprel ayının 1-ə qədər BTC-yə 328 milyon 19 min 871 ton neft vurulub.

Bundan başqa cari ilin mart ayında BTC kəməri ilə 17 min 471 ton Türkmənistan nefti nəql olunub.

1news.az

 

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər