Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat yayıb

21:51 - 05 / 04 / 2017
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat yayıb

Avropa Azərbaycanlıları Konqresi (AAK) təşkilatın təsisçilərindən biri olan Ümümrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılmasına dair yayılmış məlumatlarla bağlı verdiyi bəyanatda narahatlığını ifadə edib.

1news.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, bu addım ümumi tarixə və mədəniyyətə malik olan Rusiya ilə Azərbaycanın əsrlərə söykənmiş dostluq münasibətlərinin möhkəmlənməsinə qarşı yönəlib.  

ÜAK-n Rusiya-Azərbaycan dostluğunun rəmzi olmaqla yanaşı, eyni zamanda Rusiyadakı Azərbaycan diasporunu birləşdirən bir qurum olduğunu vurğulayan bəyanat müəllifləri bu təşkilatın sadəcə Azərbaycan diasporunun təşəbbüsü ilə yox, Rusiya və Azərbaycan prezidentlərinin razılığı əsasında, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının (AR) Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə  2001-ci ilin martında təsis olunduğu xatırladır.

AAK-ın bəyanatında daha sonra qeyd olunur ki, bu günlərdə RF Xarici İşlər Nazirliyinin saytında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı məqalə yerləşdirilib. Bəyanat müəllifləri məqalədə göstərilən çox sayda amildən bir neçəsinə diqqəti çəkərək bildirir: “İkitərəfli münasibətlərin prinsip və prioritetlərini müəyyən edən əsas sənədlər 1997-ci il iyulun 3-də imzalanmış RF və AR arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında Müqavilə, 2008-ci il iyulun 3-də imzalanmış  RF və AR arasında dostluq və strateji partnyorluq haqqında Bəyannamədir”.

Bəyanatda Azərbaycanla Rusiyanın bir çox mühüm beynəlxalq məsələlərdə mövqeyinin üst-üstə düşdüyü və hər iki ölkənin bir-birinə dəstək göstərdiyi vurğulanır. Bildirilir ki, bütün bunlardan çıxış edərək, Rusiya ilə Azərbaycanı birləşdirən bu qədər ortaq cəhətin olduğu halda, ÜAK-ın ləğvi məsələsindən söhbət gedə bilməz. Son 16 ildə ÜAK fəaliyyəti hər iki ölkənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və hər zaman gördüyü nəcib işlərə görə təşəkkür məktubları alıb.

Avropa Azərbaycanlıları Konqresi hesab edir ki, bu ÜAK-la bağlı qərar qeyri-obyektivdir və probemin hər iki ölkənin maraqlarına uyğun şəkildə ədalətli həllinə, Rusiyadakı ən böyük ictimai təşkilatın fəaliyyətini davam etdirəcəyinə ümid edir.

1news.az

 

Paylaş:
504

Son xəbərlər

Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41
Bütün xəbərlər