Azərbaycan kuboku: “Qəbələ” və “Qarabağ” finalda | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan kuboku: “Qəbələ” və “Qarabağ” finalda

22:43 - 05 / 04 / 2017
Azərbaycan kuboku: “Qəbələ” və “Qarabağ” finalda

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, ilk olaraq meydana “Qəbələ” və “İnter” komandaları daxil olublar.

İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu dəfə 2 cavabsız qola sevinərək klub tarixində 2-ci dəfə finala çıxıb.

Günün ikinci görüşü isə paytaxtda baş tutub. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la “Neftçi” münasibətlərinə aydınlıq gətiriblər.

Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə qolsuz bərabərliyə razılaşaraq ardıcıl 3-cü dəfə finala çıxıb. Son 5 finalın iştirakçısı olan “Neftçi” isə seriyanı davam etdirə bilməyib.

Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

5 aprel (çərşənbə)

“Qəbələ” – “İnter” - 2:0

Qəbələ şəhər stadionu

Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33

İlk oyun – 3:1

“Qarabağ” – “Neftçi” - 0:0

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 2:0

1news.az

 

Paylaş:
682

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər