Ucarın daha iki kəndinə təbii qaz verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ucarın daha iki kəndinə təbii qaz verilib

23:41 - 05 / 04 / 2017
Ucarın daha iki kəndinə təbii qaz verilib

Aprelin 5-də Ucar rayonunun Qaracallı və Yuxarı Şilyan kəndlərinə ilk dəfə təbii qaz verilib.

1news.az-ın “Azəriqaz” İstehsalat Birliyinə (İB) istinadən verdiyi xəbərə görə, bu münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 830 abonenti olan Qaracallı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 160 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 83 min 509 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, 830 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 735 abonenti olan Yuxarı Şilyan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 70 min 731 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 735 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Ucar rayonunun daha 2 kəndində - Təzə Şilyan və Bərgüşad kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

1news.az

 

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər