Prezident Estoniyanın dövlət idarəçiliyi nazirini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Estoniyanın dövlət idarəçiliyi nazirini qəbul edib – YENİLƏNİB

13:58 - 05 / 04 / 2017
Prezident Estoniyanın dövlət idarəçiliyi nazirini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının fəaliyyətinə toxunan dövlətimizin başçısı ticari-iqtisadi münasibətlərimizin bundan sonra necə inkişaf etdirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd etdi, bu baxımdan ölkələrimizdə lazımi potensialın mövcud olduğunu bildirdi. Prezident İlham Əliyev investisiya qoyuluşu məsələlərinin də böyük maraq doğurduğunu vurğuladı.

Dövlətimizin başçısı ölkələrimizin informasiya texnologiyaları sahəsində uzun müddət çox uğurlu əməkdaşlıq həyata keçirdiyini və Estoniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiklərini məmnunluqla qeyd etdi. Estoniyanın bu sahədə böyük təcrübəyə malik olduğunu deyən Prezident İlham Əliyev Estoniyaya səfəri zamanı həmin nailiyyətlərin şahidi olduğunu bildirdi. Prezident İlham Əliyev səfər zamanı Estoniya nümayəndə heyətinin Şimal-Cənub nəqliyyat dəhlizinin yeni imkanları nəzərə alınmaqla Azərbaycanın bu istiqamətdə gördüyü işlərlə tanış olacaqlarına əminliyini söylədi.

Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun ölkələrimiz arasında iş birliyi sahəsində təcrübənin mövcud olduğunu və bu təcrübənin daha çox xidmət sahəsini əhatə etdiyini vurğuladı. Azərbaycan ilə ticarət dövriyyəsinin o qədər də böyük olmadığını, lakin bu istiqamətdə inkişaf meyillərinin müşahidə edildiyini deyən Estoniyanın dövlət idarəçilik naziri keçən illə müqayisədə ticarət dövriyyəsinin demək olar ki, 2,5 dəfə artığını məmnunluqla vurğuladı.

1news.az

Paylaş:
592

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər