Qazax sakini kəsdiyi ağacın qurbanı oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazax sakini kəsdiyi ağacın qurbanı oldu

16:54 - 06 / 04 / 2017
Qazax sakini kəsdiyi ağacın qurbanı oldu

Qazax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 5-də Qazax şəhərində yerləşən mebel fabriklərindən birində dülgər işləyən Etibar Məcidov ağackəsən aparatla işləyən zaman ehtiyatsızlıqdan kəsdiyi ağacın bir hissəsi onun sinəsinə dəyib və o, hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər