Terror qurbanı olmuş Dilbər qızılgül ləçəkləri ilə son mənzilə yola salındı – FOTO
Sankt-Peterburq metrosunda törədilən qanlı terror qurbanı olmuş Dilbər Əliyeva ilə vida mərasimi keçirilib.
1news.az-ın jurnalisti Bakının Nizami rayonunda baş tutan yas mərasimində iştirak edib. Dilbərin yas mərasiminə yalnız qohumları deyil, eləcə də bu mehriabn xanımı tanıyan çoxlu sayda insan gəlmişdi.
Dilbərin yaxın qohumu – Musa Rzayev onun əlacı olduğunu bildirdi:
“Onu istər müəllimlər, istərsə də tələbələr çox sevərdi. Baxmayaraq ki, Dilbər uzun müddətdir Rusiyada yaşayırdı o, Azərbaycanla əlaqələrini heç vaxt kəsmirdi. Adətən yayda Bakıya gələrək, daha sonra ölkənin regionlarına gedərdi. Səfərlərinin birində Dilbər dedi ki, toyunu Azərbaycanda etmək istəyir... Təəssüflər olsun, bu, olmayacaq...”
Yasa toplaşanlar Dilbər haqda yalnız xoş sözlər söylədilər. Onun digər qohumu Tahirə Əliyeva Dilbəri utancaq və gözəl qız kimi xatırladı:
“İndi hamımız üçün çox ağırdır”.
Dilbəri son mənzilə yola salarkən onun tabutu üzərinə qızılgül ləçəkləri səpdilər. Dilbər Suraxanı və Hövsan qəsəbləri arasında yerləşən qəbristanlıqda dəfn edildi. Dilbərin qardaşı və digər qohumları göz yaşlarını tuta bilmirdilər.
... “Qızı Peterburqdan almaq olar, amma Peterburqu qızdan almaq olmaz” – Dilbər bu yazıların yanındakı fotosu rəmzi oldu. Təəssüflər olsun ki, onun sevdiyi şəhər terrorçu-kamikadzeyə görə, elə onun sonu da oldu. Lakin Dilbərin xatirəsi hər zaman onu sevənlərin qəlbində əbədi qalacaq...
Allah rəhmət eləsin!