Həyətində çətənə kolu yetişdirən Nardaran sakini ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində çətənə kolu yetişdirən Nardaran sakini ələ keçdi

14:31 - 07 / 04 / 2017
Həyətində çətənə kolu yetişdirən Nardaran sakini ələ keçdi

Həyətində çətənə kolu yetişdirməklə məşğul olan şəxs polislər tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Faiq Dadaşova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 49 ədəd çətənə kolu, 2045 ədəd çətənə  toxumu və 1 kiloqram 415 qram marixuana aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
997

Son xəbərlər

Bütün xəbərlər