184 nəfər Unibank lotereyasının qalibi olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

184 nəfər Unibank lotereyasının qalibi olacaq

15:10 - 07 / 04 / 2017
184 nəfər Unibank lotereyasının qalibi olacaq

Bəzən işləmədən də pul qazanmaq mümkündür. Unibank sizə cəmi bir əməliyyatla 1000 manatadək pul mükafatı qazanmaq şansı yaradır.

Bank kartınızla və yaxud Unibanl Mobile-la etdiyiniz hər 10 AZN-lik əməliyyat sizi lotereya qalibləri siyahısına sala bilər.

Unibank-ın uduş fondu  10.000 AZN olan “Bahar lotereyası”  184 nəfərə  müxtəlif pul uduşları qazandıracaq. 

Hansı əməliyyatlar lotereyada iştirak şansı qazandırır?

- Unibankın debet, kredit və maaş kartları ilə edilən bir çox nağdsız əməliyyatlar.

Mobil əlavə ilə iştirak şansı qazandıran nağdsız əməliyyatlar:

- Kommunal, Mobil, Stasionar, İnternet/Tv xidmət ödənişləri

- Hesabdan hesaba, kartdan hesaba, hesabdan karta , kartdan karta fərqli valyutada köçürmələr

Lotoreyada müştərilər aşağıdakı qaydada pul mükafatı əldə edəcəklər.

- 1  nəfər 1000 AZN

- 3  nəfər 500 AZN

- 30  nəfər 100 AZN

- 50 nəfər 50 AZN

- 100 qalib 20 AZN

Lotereya martın 4-dən aprelin 10-dək davam edəcək və qaliblər 19 aprel tarixində oynanılan tirajda kompüter seçmə üsulu ilə seçiləcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/az/private-clients/kampaniyalar/bahar2017 ) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər