Naxçıvanın məhsulları Türkiyəyə ixrac oluna bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Naxçıvanın məhsulları Türkiyəyə ixrac oluna bilər

16:35 - 07 / 04 / 2017
Naxçıvanın məhsulları Türkiyəyə ixrac oluna bilər

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nazir Ş.Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mühüm fəaliyyətini, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirildiyini vurğulayıb. 

Qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Bildirilib ki, hazırda Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir, Bakı Ticarət Limanının II mərhələsinin, azad ticarət zonası tipli Xüsusi İqtisadi Zonanın yaradılması və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində işlər davam etdirilir. Aktauda Azərbaycanın xarici ölkədə ilk logistik mərkəzi fəaliyyət göstərir və Türkiyə iş adamları bu logistik mərkəzin imkanlarından istifadə edə bilər. Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixrac üçün də imkanlar genişdir.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri E.Özoral ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialı vurğulayraq, Naxçıvan Muxtar Respublikasından məhsulların Türkiyəyə ixracının mümkünlüyünü qeyd edib.

Görüşdə yeni yaradılmış Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) fəaliyyəti barədə də məlumat verilib, qurumun fəaliyyətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında, iş adamları arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağı vurğulanıb. Səfir İqtisadiyyat nazirini aprelin 29-da TÜİB-in təqdimatına dair tədbirə dəvət edib.

Nazir Ş.Mustafayev isə aprelin 25-də Bakıda “Sahibkarlar Günü”nün qeyd olunacağını bildirərək, TÜİB nümayəndələrinin tədbirdə iştirak edə biləcəklərini diqqətə çatdırıb.

1news.az

Paylaş:
726

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaq30 / 04 / 2024, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilib30 / 04 / 2024, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib30 / 04 / 2024, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb30 / 04 / 2024, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb30 / 04 / 2024, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEO30 / 04 / 2024, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub30 / 04 / 2024, 16:39Lənkəranda baş verən qəzada piyada ölüb30 / 04 / 2024, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib30 / 04 / 2024, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab verib30 / 04 / 2024, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİB30 / 04 / 2024, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEO30 / 04 / 2024, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb30 / 04 / 2024, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşüb30 / 04 / 2024, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb30 / 04 / 2024, 14:57Yazın son ayında hava necə olacaq?30 / 04 / 2024, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib30 / 04 / 2024, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşüb30 / 04 / 2024, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıb30 / 04 / 2024, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTO30 / 04 / 2024, 13:38
Bütün xəbərlər