Maşının şüşəsilən qurğusunun altından 7800 ədəd siqaret tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Maşının şüşəsilən qurğusunun altından 7800 ədəd siqaret tapıldı

18:09 - 07 / 04 / 2017
Maşının şüşəsilən qurğusunun altından 7800 ədəd siqaret tapıldı

İdarə etdiyi avtomobillə ölkəyə qanunsuz yolla xeyli miqdarda siqaret keçirmək istəyən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Renault Megane” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin şüşəsilən qurğusunun altından gömrük nəzarətindən gizlədilən 7800 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər