Qazaxıstan azərbaycanlıları ÜAK-la bağlı Rusiya ədliyyə nazirinə müraciət ediblər | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstan azərbaycanlıları ÜAK-la bağlı Rusiya ədliyyə nazirinə müraciət ediblər

18:26 - 07 / 04 / 2017
Qazaxıstan azərbaycanlıları ÜAK-la bağlı Rusiya ədliyyə nazirinə müraciət ediblər

Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya ədliyyə naziri Aleksandr Konovalova müraciət edib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli Aleksandr Vladimiroviç, biz, Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti ilə bağlı yayılmış xəbərlərə görə çox narahatıq. Məsələnin səbəblərinin aydın olmaması bizi daha çox məyus edir”.

ÜAK-la sıx əməkdaşlıq etdiklərini xatırladan Qazaxıstandakı soydaşlarımız təşkilatın iki dost ölkənin - Rusiya və Azərbaycanın mənafeyi üçün səmərəli xidmət göstərdiyini vurğulayıblar: “ÜAK uzun illər ərzində dostluq və həmrəylik münasibətlərində olan iki ölkənin mədəni, mənəvi dəyərlərinin mübadiləsində vacib rol oynayıb və oynayır. Bu gün Azərbaycan Respublikası və onun prezidenti İlham Əliyevin tolerantlıq və anlaşma siyasəti yürütdüyü bir vaxtda ÜAK-la bağlı yayılmış xəbərlər narahatlıq doğurur. Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar sizdən xahiş edirik ki, narahatlığımızı Rusiya prezidenti cənab Vladimir Putinə çatdırasınız və ÜAK-ın qorunub saxlanılması ilə bağlı həmrəylik nümayiş etdirəsiniz”.

Qazaxıstanda yaşayan azərbaycanlılar A. Konovalovun diqqətinə çatdırıblar ki, ÜAK-ın ləğvi iki dost ölkənin prezidentləri İlham Əliyevlə Vladimir Putinin sayəsində uzun illərdir qorunan, inkişaf edən münasibətlərə xələl gətirə bilər. Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası A. Konovalovun yaranmış vəziyyətlə bağlı anlayış nümayiş etdirəcəyinə və problemin həllinə yardım göstərəcəyinə ümid etdiyini bildirib.

1news.az

Paylaş:
666

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər