IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı Metrosu neçə saat işləyəcək? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı Metrosu neçə saat işləyəcək? - AÇIQLAMA

19:17 - 07 / 04 / 2017
IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı Metrosu neçə saat işləyəcək? - AÇIQLAMA

IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı Metrosunun iş vaxtı artırılacaq.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Bakı Metropoliteni” QSC IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb:

“Oyunlar müddətində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Açılış və bağlanış mərasimləri günü iş qrafikində xüsusi dəyişikliklər olacaq. Həmin günlərdə metro səhər saat 6-dan gecə saat 2-yədək fəaliyyət göstərəcək. Adi yarış günlərində isə metronun gecə saat 1-dək fəaliyyət göstərməsi nəzərdə tutulub. Yarışlar davam edən günlərdə sərnişin axını çox olarsa, bu qrafikə yenidən baxıla bilər”.

1news.az

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər