Azərbaycanlı turistlərə yeni səyahət paketləri təklif edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı turistlərə yeni səyahət paketləri təklif edilir

23:02 - 07 / 04 / 2017
Azərbaycanlı turistlərə yeni səyahət paketləri təklif edilir

Belarusun Milli Turizm Agentliyi (MTA) Azərbaycan vətəndaşları üçün müxtəlif turizm paketləri hazırlayıb.

1news.az xəbər verir ki, bunu Trend-ə MTA-nın direktor müavini Yelena Liximoviç deyib.

Onun sözlərinə görə, azərbaycanlı turistlərə hərbi-tarixi turizm, eləcə də müxtəlif yaş kateqoriyaları üçün sanatoriya-kurort paketləri təqdim olunacaq. Bundan başqa, turizm agentliyi ekoloji marşrutlar üzrə səyahətlər təşkil edir.

Y.Liximoviç qeyd edib ki, 2016-cı ildə Belarusa 18 min Azərbaycan vətəndaşı səfər edib.

1news.az

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər