Hökməlidə yanan evdə kişi cəsədi aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hökməlidə yanan evdə kişi cəsədi aşkar edilib

11:53 - 07 / 04 / 2017
Hökməlidə yanan evdə kişi cəsədi aşkar edilib

Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın hadisəsi olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı tikilinin içərisində 1 ədəd yataq dəsti yanıb.

Yanğının kəşfiyyatı zamanı tikilinin içərisində şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər