Bu gün Ümumdünya Sağlamlıq Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Ümumdünya Sağlamlıq Günüdür

12:35 - 07 / 04 / 2017
Bu gün Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprelin 7-si dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir.

1news.az-ın məlumatına görə, 1948-ci ildə I Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib.

1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan müəyyən bir problemi diqqət mərkəzinə gətirir.

Builki Sağlamlıq Günü yayılmasına görə əmək qabiliyyәti vә sağlamlığın itirilmәsinin ikinci amilinә vә ÜST-nin Avropa regionunda 128 min intihar halının әsas sәbәbi olan depressiya probleminә hәsr edilib. Hazırda depressiya pozğunluğu olanların sayı regionda 40 milyon nәfәrə çatır. Qadınlar arasında depressiya hallarının iki dәfә çox olmasına baxmayaraq, kişilәr arasında intihar halları daha çoxdur.

ÜST-nin Avropa regional bürosunun direktoru Jujanna Yakabın verdiyi məlumata görә, depressiyanın müalicә vә profilaktikasının mümkünlüyünə baxmayaraq, dәrin depressiyası olanların әn azı 75 faizi ona uyğun müalicә almır. ÜST-nin “Depressiya: gәlin danışaq” devizi geniş ictimaiyyət kütlәsinin depressiyanın nәticәlәri vә onunla mübarizә yolları, elәcә dә, depressiya ilә yaşayanlara necə dәstәk verilmәli olduğu barәdә mәlumatlandırılmasına yönәldilib.

Depressiyanın terapiya vә ya antidepressant vasitәsilә müalicәsi qәnaәt etmәyә imkan verәn sәmәrәli yanaşmadır. ABŞ-da bu sahәyә yatırılan hәr dollar daha yaxşı sağlamlıq göstәricilәri vә yüksәk әmәk qabiliyyәtinә görә dörd dollar mәnfәәt gәtirir.

Xәstәlik barәdә mәlumatlılığın artırılması ilә depressiyanın daha səmərəli profilaktikası ölkәlәrin sәhiyyә xidmәtlәri vә sosial inteqrasiya ilә ümumi əhatə olunmağa keçidə dair aparılan işin ayrılmaz hissәsi olacaqdır. Bu fəaliyyət qeyri - yoluxucu xәstәliklәr sәbәbindәn erkәn ölüm hallarının üçdәbir qәdәr azaldılmasına yardım edәcәk.

Azәrbaycanda da Sәhiyyә Nazirliyi vә ÜST-ün dәstәyi ilә Ümumdünya Sağlamlıq Gününә hәsr olunmuş silsilә tәdbirlәrin hәyata keçirilmәsi planlaşdırılır.

1news.az

Paylaş:
1754

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər