Leyla Əliyeva Şahdağ Milli Parkında olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva Şahdağ Milli Parkında olub

13:21 - 08 / 04 / 2017
Leyla Əliyeva Şahdağ Milli Parkında olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonunda Şahdağ Milli Parkında olub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Leyla Əliyeva burada zubrların təbiətə reintroduksiyası ilə bağlı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində inşa ediləcək kompleksin ərazisinə baxış keçirib.

Layihə Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılmasını nəzərdə tutur. Bu məqsədlə milli parkın yaxınlığındakı 30 hektar ərazidə yüngül konstruksiyalı tikinti işlərinin həyata keçirilməsi planlaşdırılır.

Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Növün son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, zəngin təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb, bu növün populyasiyasının artırılması və qorunması məqsədilə reintroduksiyası layihəsinin keçirilməsinə qərar verilib.

Təsis olunduğu müddətdən IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə biomüxtəlifliyin qorunması və bərpası üzrə bir sıra layihələr həyata keçirilir. Daha əvvəl start verilmiş bu cür uğurlu layihələr arasında "Ceyranların tarixi areallarına reintroduksiyası" və Qafqaz bəbirinin mühafizəsi üzrə layihələri xüsusilə qeyd etmək olar.

1news.az

Paylaş:
628

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər