Əfsanəvi Raul “Real Madrid”ə geri döndü | 1news.az | Xəbərlər
Futbol

Əfsanəvi Raul “Real Madrid”ə geri döndü

16:10 - 08 / 04 / 2017
Əfsanəvi Raul “Real Madrid”ə geri döndü

“Real”ın canlı əfsanəsi Raul Qonzales Madrid klubuna qayıdıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, veteran hücumçu klub prezidenti Florentino Peresin köməkçisi olacaq.

O, artıq müqavilə imzalamaq üçün Madridə gedib.

Qeyd edək ki, Raul həm də ABŞ-da İspaniya Peşəkar Futbol Liqasının səfidir.

Əlavə edək ki, 1994-2010-cu illərdə “Real”da  çıxış edən İspaniya millisinin sabiq üzvü “kral klubu”nd 741 oyuna 323 qol vurub.

1news.az

Paylaş:
860

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər