MOİK-in futbol komandası fəaliyyətini dayandıra bilər | 1news.az | Xəbərlər
Futbol

MOİK-in futbol komandası fəaliyyətini dayandıra bilər

20:16 - 08 / 04 / 2017
MOİK-in futbol komandası fəaliyyətini dayandıra bilər

Mərkəzi Ordu İdman Klubunda (MOİK) ixtisarlar aparılacaq.

1news.az “Report”a istinadən xəbər verir ki, 2016/2017 mövsümü başa çatdıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idman klubunda futbol komandasının fəaliyyətini dayandırması gözlənilir.

Bunun futbol komandasının cari mövsüm çıxış etdiyi I Diviziondakı nəticələri və ya başqa səbəblərlə bağlı olduğu dəqiq bilinmir.

Qeyd edək ki, MOİK 1961-ci ildə Bakı şəhərində yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyinə keçib.

2003/2004 mövsümünün startında klub adını dəyişərək Mərkəzi Ordu İdman Klubu (MOİK) adı altında çıxış etməyə başlayıb.

1news.az

Paylaş:
905

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər