Naxçıvanda Kətə festivalı keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda Kətə festivalı keçirilir - FOTO

20:46 - 08 / 04 / 2017
Naxçıvanda Kətə festivalı keçirilir - FOTO

Aprelin 8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Kətə festivalının açılış mərasimi olub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, festivalda muxtar respublikada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin, kətə istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin hazırladığı kətə çeşidlərinin satışı təşkil edilib.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Musiqi Kollecinin “Qədim musiqi alətləri” və “Gənclik” instrumental ansambllarının, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Aşıqlar Birliyinin aşıqlarının və “Şərur” Xalq Yallı Ansamblının ifaları festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Kətə festivalı aprelin 9-da davam edəcək.

Qeyd edək ki, ötən il Naxçıvanqalada “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Plov”, “Yallı”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları - Bal” festivalları da keçirilib.

1news.az

 

Paylaş:
941

Son xəbərlər

Bütün xəbərlər