“Neftçi” Gəncədən xalsız qayıdır | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” Gəncədən xalsız qayıdır

18:40 - 09 / 04 / 2017
“Neftçi” Gəncədən xalsız qayıdır

Aprelin 9-də Topaz Premyer Liqasında 25-ci tura start verilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, turun ilk qarşılaşmasında avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Kəpəz” ilə “Neftçi” Gəncədə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın taleyini on bir metrlik zərbələr həll edib. “Kəpəz”in futbolçusu T.Axundov Bakı futbolçularını iki dəfə penaltidən cəzalandırıb.

Beləliklə, rəqibinə 2:0 hesabı ilə qalib gələn “Kəpəz” xallarının sayını 27-yə yüksəldərək turnir cədvəlində “Neftçi”ni qabaqlayıb.

Günün digər matçında liderlər qarşılaşacaq. İkinci pillədə qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək.

1news.az

Paylaş:
722

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər