Astarada “İslamiada-2017” çərçivəsində Su festivalı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada “İslamiada-2017” çərçivəsində Su festivalı keçirilib

20:20 - 09 / 04 / 2017
Astarada “İslamiada-2017” çərçivəsində Su festivalı keçirilib

Bakı-2017 İslam Həmrəyliyi Oyunları “Xəzərdən başlayan səyahət” turu çərçivəsində Astarada Su festivalı keçirilib.

1news.az “Report”a istinadən xəbər verir ki, Astara rayonunun Ərçivan qəsəbəsindəki yanar bulaqda su ilə doldurulan səhəng atletlər tərəfindən Su festifalına təqdim edilib.

Qeyd olunub ki, Yanar bulaq iki elementi - od və suyu özündə gözəl surətdə birləşdirir. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

Möhtəşəm su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sərbəst güləş üzrə dünya çempionatının bürünc medalçısı Əliabbas Rzazadə idman haqqında dərin biliyə sahib olan və eləcə də, belə güclü komandaya malik ölkəni təmsil etməyin möhtəşəm olduğunu bildirib.

“Bilirəm ki, açılış mərasimində ab-hava heyranedici olacaq. Oyunlara gəlib idmançılarımıza dəstək olun!”, - deyə o əlavə edib.

Tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Astara sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olunub.

Bulvar Parkında keçirilən Su festivalı tədbirini izləyən region sakinləri "Mirvari" rəqs qrupu, "Əvəsor" folklor xalq kollektivi və Rövşən Cabbarovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 11 aprel tarixində Şirvan rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3 min km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

1news.az

Paylaş:
561

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər