DAA: Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi üçün atılan addımlar bizdə dərin təəssüf və məyusluq hissi yaratdı
Əsasını mərhum ümumilli liderimiz Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin qoyduğu Rusiyada yaşayan azərbaycanlıları dostluq, sülh məqsədi ətrafında birləşdirən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi üçün atılan addımlar bizdə dərin təəssüf və məyusluq hissi yaratdı.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə əlaqədar Dünya Azərbaycanlıları Assambleyasının (DAA) verdiyi bəyanatda deyilir:
“Rusiya ilə Azərbaycan arasında güclü, səmimi, əlverişli və stratejik münasibətlər mövcuddur. İllərdir bu münasibətlər nəinki axsamış, hətta yüksələn xəttlə davam etmişdir. Lakin bu münasibətin yüksək həddə olmasından narahat olan Rusiyada daxili qüvvələr vardır. Bu qüvvələr onsuzda regionda gərgin olan vəziyyəti daha da gərginləşdirməyə cəhdlər edir, Rusiyanı mütəffiqsiz qoymağa hesablanmış addımlar atırlar.
Çünki illərdir bütün beynəlxalq siyasi proseslərdə hər zaman özünün stratejik müttəfiqinin yanında olan, Rusiyaya qarşı hər hansı beynəlxalq təzyiqlərin əldə olunmasına heç zaman dəstək verməyən Azərbaycanı Rusiyadan küskün salmaq, münasibətləri gərginləşdirməyə kimlər maraqlı ola bilər? Hər şey o qədər açıq ortadır ki, əlavə şərhə ehtiyac yoxdur. Biz Azərbaycanlıların beynəlxalq miqyasda hüquqlarını qoruyan beynəlxalq ictimai təşkilat olaraq Rusiyalı rəsmiləri münasibətləri gərginləşdirməyə yönəlmiş bucür hərəkətlərin qarşısını almağa, Rusiyaada yaşayan minlərlə azərbaycanlını birləşdirən təşkilatın qeydiyyatı ilə əlaqədar yaradılmış süni əngəlləri aradan qaldırmağa çağırırıq. Ümid edirik ki, Rusiya hökumət rəsmiləri bu məsələni obyektiv şəkildə araşdıracaq, ÜAK-a qarşı təşkil edilmiş bu addımların səbəkarlarını hüquqi yolla cəzalandıracaqdır”.
1news.az