Bəzi məhsullarda qiymətlə bərabər çəki də endirildi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bəzi məhsullarda qiymətlə bərabər çəki də endirildi - FOTO

19:23 - 10 / 04 / 2017
Bəzi məhsullarda qiymətlə bərabər çəki də endirildi - FOTO

Azərbaycanda ən böyük qida məhsulları istehsalsalçılarından biri olan “Azərsun Holdinq” bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı saldığı haqda məlumat yayıb.

Şirkətin sözcüsü mətbuata açıqlamasında bildirib ki, bəzi məhsulların qiyməti 6 qəpik, 15 qəpik və 25 qəpik aralığında azalıb.

1news.az xəbər verir ki, Ölkə.Az saytı bu haqda araşdırma edərək maraqlı nəticə əldə edib.

Belə ki, əvvəllər tomat pastası bankaları 720 ml. idi, sonra saldılar 680 ml., indi isə 620 ml. edilib. Buradan isə bu nəticəyə gəlmək olur ki, satılan məhsulların qiyməti ilə yanaşı çəkisi də azalıb.

Ölkənin ən böyük şirkətlərindən birinin istehsal etdiyi məhsulların keyfiyyəti dəfələrlə müzakirə mövzusu olsa da, şirkətin çəki ilə müqayisəli siyasəti sosial şəbəkədə də müzakirəyə səbəb olub.

Burada isə vacib olan holdinqin istehlakçıları aldadıb-aldatmadığı barədə yaranan sualdır.

Şəmkirdə mağazası olan sahibkar isə iddia edib ki, “Azərsun” heç bir məhsulun qiymətini endirməyib. O, bu barədə “Azərsun” rəsmisinin sosial şəbəkədə endirim barədə verdiyi məlumata şərh yazıb:

“Mən Şəmkirdə mağaza işlədirəm. Bu gün “Azərsun”a mal sifariş vermişəm və qiymətlərin aşağı düşüb-düşmədiyini soruşmuşam. Qiymətlər düşməyib!”

1news.az

Paylaş:
654

Son xəbərlər

Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48
Bütün xəbərlər