“5G” rabitəsini dəstəkləyən ilk smartfonlar satışa nə vaxt çıxarılacaq?
Beşinci nəsil mobil rabitə (5G) texnologiyasını dəstəkləyən ilk smartfonların 2019-cu ildə satışa çıxarılması gözlənilir.
1news.az ICTnews-a istinadən xəbər verir ki, bu barədə “Light Reading” nəşri “Qualcomm” şirkətinin nümayəndəsinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, 2019-cu ildə eyni anda iki texnologiyanı (4G/LTE və 5G) dəstəkləyən yeni qurğular satışa çıxarılacaq. Bununla yanaşı, onlar daim “4G” şəbəkəsinə qoşulma funksiyası ilə təchiz ediləcəklər.
Məlumata görə, “4G” qoşulma istifadəçiyə hətta yüksəktezlikli diapazonda siqnal yoxa çıxanda onlayn qalmağa imkan verəcək ki, bu da hazırkı qəza vəziyyətlərində “4G” şəbəkəsindən “3G” şəbəkəsinə keçmədən ciddi fərqlənəcək.
Cari ilin ikinci rübündə sınaq proqramlarının gələcək inkişafı çərçivəsində “Qualcomm” şirkəti telefon istehsalçılarına “5G” modem (Snapdragon X50) texnologiyasını təklif etməyi, növbəti ildə qurğuların sınağına başlamağı planlaşdırır.
Qeyd edək ki, “5G” şəbəkəsi mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, aşağı yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
1news.az