Cəlilabadda kütləvi dava olub, 5 nəfər bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda kütləvi dava olub, 5 nəfər bıçaqlanıb

10:27 - 10 / 04 / 2017
Cəlilabadda kütləvi dava olub, 5 nəfər bıçaqlanıb

Cəlilabadda baş verən kütləvi davada 5 nəfər bıçaqlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Nar bağı adlanan ərazisində qeydə alınıb.

Dava nəticəsində rayon sakinləri Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubov xəsarət alıb.

İlkin məlumata görə, xəsarət alanlar 10 nəfərdən ibarət qrup tərəfindən döyülərək bıçaqlanıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

1news.az

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər