XİN: Azərbaycan Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır

10:30 - 10 / 04 / 2017
XİN: Azərbaycan Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır:

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir”.

1news.az

Paylaş:
791

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər