Xınalıqda qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xınalıqda qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb

11:33 - 10 / 04 / 2017
Xınalıqda qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 9-u axşamdan ayın 10-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, aprelin 9-u axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, aprelin 10-u  səhərədək şimşək çaxıb, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Qərb küləyi əsib, bəzi rayonlarda arabir 20-30 m/s təşkil edib, Abşeron yarımadasında arabir  18-22 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında  1-7, Böyük Qafqazda 3-38, Mərkəzi-Aran rayonlarında 2-29, Kiçik Qafqazda 9-10, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 1-7 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 30, Qırızda 22, Şahdağda 20, Sarıbaşda 5, Daşkəsəndə 1 sm-ə çatıb.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər