Vacib xəbər - May ayının 1-dən sosial mənzillər üçün qeydiyyat başlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Vacib xəbər - May ayının 1-dən sosial mənzillər üçün qeydiyyat başlayacaq

13:07 - 11 / 04 / 2017
Vacib xəbər - May ayının 1-dən sosial mənzillər üçün qeydiyyat başlayacaq

May ayının 1-dən sosial mənzillər üçün qeydiyyat başlayacaq. Şəffaflığı təmin etmək üçün qeydiyyat elektron formada həyata keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə Prezident Yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev məlumat verib.

Onun sözlərinə görə, əhalinin məlumatlandırılması üçün Bakıdakı 1, 3 və 5, eləcə də Sumqayıtdakı Asan xidmət mərkəzlərində məlumatlandırma nöqtələri yaradılıb:

“Sosial mənzillərə maraq çox yüksəkdir. Üç həftə ərzində 12 mindən çox müraciət daxil olub.

Aylıq ödənişə gəlincə, 1 otaqlı mənzillər üçün bu 130-150 manat, 3 otaqlı mənzillər üçünsə 300 manat məbləğində müəyyən edilib”.

1news.az

Paylaş:
1070

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər