Xəstəxanalarda nöqsanlar aşkarlandı: Səmərəsiz vakant ştatlar yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəstəxanalarda nöqsanlar aşkarlandı: Səmərəsiz vakant ştatlar yaradılıb

16:42 - 11 / 04 / 2017
Xəstəxanalarda nöqsanlar aşkarlandı: Səmərəsiz vakant ştatlar yaradılıb

Hesablama Palatasının 20 rayon və şəhər səhiyyə müəssisələri üzrə apardığı analitik təhlillər zamanı çarpayı fondunun tələbatdan artıq olması və bunun nəticəsində əməkhaqqı fondunun səmərəsiz istifadəsinə səbəb olan vakant ştatların əmələ gəlməsi müəyyənləşdirilib.

1news.az xəbər verir ki, bu barədə Palatadan Trend-ə məlumat verilib.

Məlumata görə, 20 rayon və şəhər səhiyyə müəssisələri üzrə aparılmış analitik təhlilə əsasən, 2010-cu ilin əvvəlinə 240 xəstəxana ixtisar edilərək onların sayı 756-dan 516-ya endirilib. Çarpayıların sayı isə 67400-dən 458 00-ə çatdırılaraq azaldılıb.

Lakin aparılmış islahatlar nəticəsində aydın olub ki, xəstəxanalarda çarpayı sayının azaldılmasına baxmayaraq, mövcud fonddan tam səmərəli istifadə edilmir. Bu da əsasən, rayon və şəhər xəstəxanalarında çarpayı sayının tələbatdan artıq olması ilə əlaqədardır. Çarpayı fondunun tələbatdan artıq olması çarpayı günlərinin icra səviyyəsinin aşağı düşməsi ilə bərabər, stasionarlarda iş yükünün azalması və vakant ştatların əmələ gəlməsi ilə nəticələnir. Səhiyyə müəssisələrində çarpayı günlərinin icra göstəricilərinin 35,6-80,6 faiz arasında olmasına baxmayaraq, vakant ştatlar mövcud tibb işçiləri arasında bölüşdürülərək əməkhaqqı fondunun səmərəsiz istifadəsinə səbəb olur.

Aparılan təhlillərin nəticələri müvafiq tədbirlərin həyata keçirilməsi üçün Səhiyyə Nazirliyinə göndərilib. Nazirliyin cavab məktubunda bildirilib ki, 49 rayon və şəhərdə islahatlar nəticəsində 306 00 çarpayı ixtisar edilib, digər rayon və şəhərlərdə də islahatlar davam etdirilir.

1news.az

Paylaş:
464

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər