Sumqayıtın bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtın bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

18:43 - 11 / 04 / 2017
Sumqayıtın bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş magistral su xətti şəbəkəyə birləşdiriləcək.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar 12 aprel tarixində saat 08:00-dan etibarən gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
930

Son xəbərlər

Bütün xəbərlər