McDonald’s Azərbaycan-ın dəstəklədiyi basketbol komandası respublika çempionu oldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

McDonald’s Azərbaycan-ın dəstəklədiyi basketbol komandası respublika çempionu oldu – FOTO

13:40 - 12 / 04 / 2017
McDonald’s Azərbaycan-ın dəstəklədiyi basketbol komandası respublika çempionu oldu – FOTO

Kişilər arasında keçirilən Basketbol üzrə 24-cü Respublika Çempionatına yekun vurulub. Aprelin 8-də baş tutan final qarşılaşmasında McDonald’s Azərbaycan-ın dəstəklədiyi NTD komandası bütün rəqiblərinə qalib gələrək çempionatın ən yüksək tituluna – respublika çempionu olub.

Əsasən 18-20 yaşlılardan ibarət olan NTD komandası 2001-ci ildən Respublika və beynəlxalq turnirlərdə öz güclərini sınayıb və bir sıra beynəlxalq turnirlərin qalibi olub. Komandanın baş məşqçisi Tahir Baxşıyev də vaxtilə bu komandada oyunçu kimi oynamış və hal-hazırda komandaya rəhbərlik edir. Tahir Baxşıyevin sözlərinə görə, komandanın gözəl uğurları və çempionluq tituluna yenidən yüksəlməsi çox qürurvericidir:

“Bizim növbəti hədəflərimiz ölkəmizi beynəlxalq turnirlərdə təmsil etmək və bayrağımızı yüksəklərdə dalğalandırmaqdır”.

NTD komandası 16 il ərzində Respublika Çempionatında 10 dəfə çıxış edib və bunlardan 7 dəfə respublika çempionu olub. Qalib gələn komandanın 20 yaşlı oyunçuları ilk dəfə olaraq ölkəmizi bu il Rumıniyada keçirilən Avropa Çempionatında təmsil edəcəklər. Avropa Çempionatında  komandanın rəqibləri Rusiya, Hollandiya, İngiltərə və Slovakiya komandaları olacaq. NTD komandası yeniyetmələrlə bərabər, 15-16 yaşlı basketbol komandası da fəaliyyət göstərir ki, bu da ölkəmizdə uşaq idmanın xoş gələcəyinin olmasının bariz nümunəsidir.

McDonald’s şirkəti daima idmana dəstək verməklə ictimai həyatda aktiv iştirak edir. McDonald’s şirkəti bir sıra dünya və beynəlxalq idman oyunlarına dəstək verməklə hər zaman idmanı və aktiv həyatı dəstəkləyir.

Reklam hüququnda

 

Paylaş:
830

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər