Səfir Dağlıq Qarabağa qanunsuz səfər etmiş belçikalı deputatlara cavab verib | 1news.az | Xəbərlər
Siyasət

Səfir Dağlıq Qarabağa qanunsuz səfər etmiş belçikalı deputatlara cavab verib

15:52 - 12 / 04 / 2017
Səfir  Dağlıq Qarabağa qanunsuz səfər etmiş belçikalı deputatlara cavab verib

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş bir qrup Belçika parlament üzvü “La Libre” qəzeti vasitəsilə açıq məktubla ölkəmizin Belçikadakı səfirliyinə müraciət ediblər.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov 12 aprel tarixində “La Libre” qəzetində dərc edilmiş məqaləsi ilə işğal olunmuş ərazilərimizə qanunsuz səfər etmiş belçikalı millət vəkillərinin açıq məktubunu cavablandırıb. Məqalədə qeyd edilib ki, həmin deputatların adının həqiqətən də Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısında olduğu vurğulanıb: “Çünki siz ölkəmizin razılığı olmadan, hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuna qanunsuz səfər etmiş, beləliklə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozmusunuz. Hər bir ölkə onun dövlət sərhədlərini pozan şəxslərə qarşı sanksiyalar tətbiq edir. Azərbaycan də bu baxımdan istisna təşkil etmir və onun qanunvericiliyi ilk mərhələdə ölkəyə girişin qadağan edilməsi, bu halların mütəmadi təkrar ediləcəyi halda isə cinayət işinin açılması, iki və çoxtərəfli beynəlxalq hüquqi əməkdaşlıqdan istifadə etməklə aparılmasını nəzərdə tutur”.

Səfir qeyd edib ki, Azərbaycan hökuməti bu günədək Dağlıq Qarabağa səfər etmək üçün öncədən ona müraciət etmiş çoxsaylı xarici vətəndaşlara belə icazələr verib: “Habelə, regiona qanunsuz səfərlər edən, lakin sonradan Azərbaycan hökumətinə belə əməllərə görə təəssüflərini ifadə etmiş 10-larla xarici vətəndaş müvafiq siyahıdan çıxarılıb. Bu sahədə Azərbaycanın yanaşması tamamilə konstruktiv səciyyə daşıyır”.

Münaqişə beynəlxalq hüquq prizmasından

Nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi tam aydındır. BMT Təhlükəsizlik Şurası  işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri hələ 1993-cü ildə qəbul etmişdir. Avropa Parlamentinin 2013-ci və 2015-ci illərdə qəbul etdiyi Avropa Qonşuluq Siyasəti üzrə  B7-0484/2013 və A8-0194/2015 saylı qətnamələr BMT TŞ-nin bu 4 qətnaməsinin icrasını tələb etmiş, Şərq Tərəfdaşlığının bir ölkəsi tərəfindən digər ölkəsinin ərazisinin işğalını birmənalı pisləyib. Avropa Şurası Parlament Assambleyası digər ölkənin ərazisinin işğalının bir ölkənin AŞ üzvü kimi öhdəliklərinin ciddi pozuntusu təşkil etdiyini vurğulayan 1416 (2005) saylı qətnamə qəbul edib. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən 16 iyun 2015-ci il tarixində Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə qəbul edilmiş qərar da Ermənistanın Dağlıq Qarabağ üzərində nəzarət həyata keçirdiyini vurğulayıb.

Problemin mənəvi tərəfi

Bu gün təkcə Dağlıq Qarabağ regionu deyil, onun ətrafında yerləşən daha 7 rayon Ermənistan işğalı altındadır və həmin ərazilərdə etnik təmizləmə aparılmışdır. Dağlıq Qarabağda yerləşən və yalnız etnik azərbaycanlıların yaşadığı Xocalı şəhəri Ermənistan tərəfindən işğal edilmiş və törədilmiş soyqırım nəticəsində onun 613 nəfər sakini amansızlıqla qətlə yetirilmişdir. Dağlıq Qarabağda yerləşən Şuşa şəhərindən qovulmuş əhali bu gün Azərbaycanın müxtəlif yerlərində müvəqqəti yaşamaq məcburiyyətindədir. Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan isə 700000-dən artıq azərbaycanlı qovulmuş və məcburi köçkünə çevrilmişdir. Dağlıq Qarabağda və ətraf rayonlarda Azərbaycan mədəni və tarixi irsinə qarşı vandallıq həyata keçirilməkdə və qanunsuz iqtisadi fəaliyyət aparılmaqdadır. Məhz buna görə də biz xarici ölkələrin nümayəndələrinin insanlıq əleyhinə bu cinayətlərin törədilməsində iştirak etmiş qondarma rejimin təmsilçiləri ilə təmaslarına qarşı çıxış edirik.

Beləliklə, sizin səfərləriniz münaqişənin həllinə töhfə verə bilməmiş, əksinə, Ermənistan tərəfindən qondarma rejimin və işğalın nəticələrinin beynəlxalq səviyyədə təbliği üçün istifadə edilmişdir.

Sizinlə görüşməyə hazıram

Təəssüf ki, sizin Xankəndində olduğunuz zaman keçirdiyiniz mətbuat konfransında, yaxud da məktubunuzda azərbaycanlı icmasının regiona geri dönməsinin və hər 2 icma arasında dialoqun zəruriliyi ilə bağlı heç bir fikrə rast gəlmədim.

Mən sizi gələcəkdə Azərbaycan Respublikası qanunvericiliyini və beynəlxalq hüququ pozan səfərlərdən çəkinməyə və bunun əvəzinə, Dağlıq Qarabağın icmaları arasında dialoqun təşkilində iştirakla sülh prosesinə töhfə verməyə dəvət edirəm. Dağlıq Qarabağın Azərbaycanlı icmasının nümayəndələri 2016-ci ilin oktyabr ayında Brüsselə etdikləri səfər çərçivəsində Belçika federal Parlamentində, Flamand Regionu və Brüssel-Paytaxt Regionu Parlamentlərində keçirdiyi görüşlərdə, eləcə də Belçika mətbuatına verdikləri müsahibələrdə belə dialoqa hazır olduqlarını vurğulamışlar.

Öz ölkəmin Belçika Krallığına ən xoş münasibətinin göstəricisi olaraq, bu məsələləri təfsilatı ilə müzakirə etmək üçün sizinlə görüşməyə hazıram.

Pərvanə Sultanova

Paylaş:
388

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər