Polşa Azərbaycanla Aİ arasında yeni sazişin imzalanmasını dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Polşa Azərbaycanla Aİ arasında yeni sazişin imzalanmasını dəstəkləyir

16:56 - 12 / 04 / 2017
Polşa Azərbaycanla Aİ arasında yeni sazişin imzalanmasını dəstəkləyir

Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Administrasiyasının dövlət katibi, Prezidentin kabinetinin rəhbəri Kşiştof Şçerski ilə görüşüb.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə,  görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub və bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.

Polşanın Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasını dəstəklədiyi və bu strateji sənədə mühüm əhəmiyyət verdiyi vurğulanıb.

Nazir E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib və münaqişənin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələbləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.

E. Məmmədyarov, həmçinin Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin perspektivlərindən danışaraq, nəqliyyat sahəsində Polşa ilə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli fayda verə biləcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
395

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər