“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək

17:42 - 12 / 04 / 2017
“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Naxçıvan şəhərində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən 1news.az-a verilən məlumata görə, iyul ayının 7 və 8-də keçirilməsi nəzərdə tutulan tədbirin təşkilatçıları AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsidir.

Tarix, coğrafiya, arxeologiya, etnoqrafiya, folklor, dilçilik, ədəbiyyat, turizm, mədəniyyət, memarlıq, incəsənət sahələrində araşdırma aparan tədqiqatçıların məruzə mətnləri 31 may tarixinədək [email protected] elektron poçr ünvan vastəsi ilə qəbul ediləcək.

Beynəlxalq konfransda iştirak etmək istəyənlər tədbirlə bağlı bütün məlumatları AMEA Naxçıvan Bölməsinin ameanb.nakhchivan.az veb saytından tanış ola bilərlər.

1news.az

 

Paylaş:
1102

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər