İnzibati Prosessual Məcəlləyə dəyişikliklər qüvvəyə minib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.2.9-cu maddə əlavə edilsin:
“2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə.”.
2. 3.2-ci maddənin hər iki cümləsində “XVIII” rəqəmlərindən sonra “, XIX” rəqəmləri, “mübahisələrə” sözündən sonra isə “(ərizələrə)” sözü əlavə edilsin.
3. 27.0.1-ci maddəyə “iddiaçı” sözündən sonra “(və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi)” sözləri əlavə edilsin.
4. 40.1-ci maddəyə və 41.2-ci maddənin birinci cümləsinə “aktın” sözündən sonra “(bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla)” sözləri əlavə edilsin.
5. 94.1-ci maddəyə “10” rəqəmlərindən əvvəl “, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda” sözləri əlavə edilsin.
6. aşağıdakı məzmunda XIX fəsil əlavə edilsin”.
1news.az