“Yuventus” “Barselona”nı darmadağın etdi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Yuventus” “Barselona”nı darmadağın etdi – VİDEO

09:43 - 12 / 04 / 2017
“Yuventus” “Barselona”nı darmadağın etdi – VİDEO

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

1news.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.

İtaliyada “Yuventus”la “Barselona” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0. 

Digər görüşdə “Borussiya” – “Monako” ilə qarşılaşmalı idi. Ancaq almanları oyuna aparan avtobusun yaxınlığında bomba partlaması səbəbindən görüş bu günə təxirə salınıb.

Qeyd edək ki, həmin hadisə zamanı "Borussiya"nın futbolçusu Bartra da yaralanıb.

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

11 aprel

“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) - 3:0

Qollar: Dibala, 7, 22, Kyellini, 55

1news.az

Paylaş:
722

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər