“Yunayted Kredit Bank”-ın ləğvetmə prosesinə başlanılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Yunayted Kredit Bank”-ın ləğvetmə prosesinə başlanılıb

21:35 - 12 / 04 / 2017
“Yunayted Kredit Bank”-ın ləğvetmə prosesinə başlanılıb

“Yunayted Kredit Bank” ASC-nin ləğvetmə prosesinə başlanılıb. Qorunan əmanətlər üzrə kompensasiyalar ödəniləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) 1news.az-a verilən məlumata görə, Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 25 yanvar tarixli qərarı ilə “Yunayted Kredit Bank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.

Bununla bağlı Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) 2016-cı il 2 fevral tarixində “Yunayted Kredit Bank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olaraq məktub göndərmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 9 fevral tarixli qərarı ilə bank müflis elan edilib.

Qərardan “Yunayted Kredit Bank” ASC tərəfindən apellyasiya şikayəti verildiyindən bankın ləğv edilməsi və ƏSF tərəfindən qorunan əmanətlər üzrə kompensasiya ödənişlərinə başlanması mümkün olmayıb.

15 mart 2017-ci il tarixində Ali Məhkəmədə bankın şikayət ərizəsinə yekun baxış keçirilmiş və bankın müflis elan olunması və iflas prosedurlarına başlanmasına dair əvvəlki instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılmışdır. Beləliklə, bankın 2 fevral 2016-cı il tarixinə qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsi üçün maneə aradan qaldırılıb.

Hazırda MBNP tərəfindən ləğvetmə prosesində olan “Yunayted Kredit Bank” ASC-nin dəyişməsi və ƏSF-nin ləğvedici təyin edilməsinə dair prosedurlara başlanılıb. Məhkəmə prosesi davam etdiyi dövrdə bankda hər hansı uçot qeydləri və əməliyyatlar aparılmadığına görə MBNP tərəfindən son maliyyə hesabatlarının inventarizasiyasına başlanılıb. Habelə, ƏSF ilə birlikdə kreditorların reyestrinin dəqiqləşdirilməsi aparılır. Bu prosesin cari ilin 14 aprel tarixinə qədər bitməsi planlaşdırılır. Əmanətçilərin reyestr məlumatları dəqiqləşdirildikdən sonra onlara qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq. ƏSF bu barədə ictimaiyyəti əlavə olaraq məlumatlandıracaq.

1news.az

Paylaş:
1373

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər