Baş prokuror 8 rayonun sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror 8 rayonun sakinləri ilə görüşəcək

10:20 - 12 / 04 / 2017
Baş prokuror 8 rayonun sakinləri ilə görüşəcək

Baş prokuror Zakir Qaralov aprelin 21-də saat 10:00-da Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

1news.az-ın məlumatına görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Beyləqan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-telefonu-və-[email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Babək Cahandarov

Paylaş:
627

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər