Maroş Şevçoviç: “Azərbaycan qazının 2020-ci ilə qədər Avropaya çatdırılacağına əminik”

“Biz əminik ki, Azərbaycan qazı 2020-ci ilə qədər Avropaya çatdırılacaq və Avropa İttifaqı öz enerji resurslarını diversifikasiya edəcək”.
1news.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda keçirilən "Caspian Energy Forum-2017"-nin iştirakçılarına video müraciətində deyib.
Onun sözlərinə görə, Xəzər qazının Avropaya nəqli uzun müddətdir gündəmdədir: "Cənub Qaz Dəhlizi" üzrə müqavilələr artıq imzalanıb və konkret addımlar atılır. Layihələr üzrə aparıcı maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilməkdədir. Mən Prezident İlham Əliyevin bu məsələyə yüksək bağlılığını da vurğulamaq istəyirəm”.
Pərvanə Sultanova
804