Tovuzda ağır qəza: 22 yaşlı sürücü dünyasını dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda ağır qəza: 22 yaşlı sürücü dünyasını dəyişdi

12:15 - 12 / 04 / 2017
Tovuzda ağır qəza: 22 yaşlı sürücü dünyasını dəyişdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə  Tovuz rayonu, Qovlar şəhəri ərazisində vətəndaşa məxsus “VAZ” markalı  minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1992-ci il təvəllüdlü İsrafilov Sadiq Zakir oğlunun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1news.az

 

Paylaş:
519

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər