Səfir: Azərbaycanla Almaniya arasında gələcək əməkdaşlıq üçün gözəl bünövrə yaratmışıq | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycanla Almaniya arasında gələcək əməkdaşlıq üçün gözəl bünövrə yaratmışıq

17:11 - 13 / 04 / 2017
Səfir: Azərbaycanla Almaniya arasında gələcək əməkdaşlıq üçün gözəl bünövrə yaratmışıq

Diplomatik münasibətlərin 25-ci ildönümü münasibətilə Almaniya kansleri və xarici işlər naziri  Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda ikitətəfli əlaqələrin yüksək olduğunu vurğulayıblar. 

1news.az-ın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib. 

O bildirib ku, iki ölkə arasında çox gözəl iqtisadi və  mədəni əlaqələr var:

“Hökumət və parlament arasında münasibətlərdə  yüksək səviyyədədir. Biz 25 il ərzində gələcək əməkdaşlıq üçün gözəl bünövrə yaratmışıq. İkitərəfli əməkdaşlıq çərçivəsində insanlar arasında təmaslar qurulub və bu da bizim üçün çox əhəmiyyətlidir”.

Pərvanə Sultanova

Paylaş:
396

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər